ARXİV - №2, 2021

№2, 2021

AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİSİNDƏYAYILMIŞPERSPEKTİVLİ DƏRMAN BİTKİLƏRİ, ONLARINMÜALİCƏVİ TƏSİRİ VƏ GENEFONDUNUNTOPLANMASI

Xülasə

Məqalədə 2022-ci ildə Göygöl, Tovuz (Əsrik meşəsi), Ceyrançöl və Eldar qoruğu ərazilərinə təşkil olunmuş ekspedisiyalar, həmçinin 2021-ci ildə Zəngilan regionundan əldə edilmiş materiallar əsasında yerinə yetirilmiş floristik, geobotaniki, sistematik, bitki ehtiyatları və ekoloji metodlar üzrə aparılmış tədqiqatların nəticələri barədə məlumat verilir. Tədqiqat ərazilərində yayılmış perspektivli yabanı və mədəni dərman, eləcə də nadir və itməyə təhlükəli bitkilərin öyrənilməsi və təhlili aparılmışdır. Dərman bitkilərinin elmi əsaslarla dərindən və hərtərəfli öyrənilməsi məqsədilə AMEA Botanika İnstitutunda “Azərbaycan florasında yayılan dərman bitkilərinin istifadə perspektivləri” layihəsi və “Azərbaycanın Qırmızı Kitabının III nəşri üzrə tədqiqat işləri” həyata keçirilir. Bu baxımdan dərman, nadir və itməyə təhlükəsi olan bitkilərin dərindən və hərtərəfli öyrənilməsi, genofondunun toplanması, sənaye əhəmiyyətli dərman bitkilərinin ehtiyatlarının müəyyən edilməsi, onların introduksiyası, geniş becərilməsi və əkin dövriyyəsinə daxil edilməsi iqtisadi yönümlü aktual məsələlərdəndir.

Açar sözlər

flora, bitkilik, dərman bitkiləri, təsir xüsusiyyətləri
📄 Məqaləyə baxın 👁 106

Ədəbiyyat