№2, 2021
KİÇİK QAFQAZIN ŞİMAL-ŞƏRQ HİSSƏSİNDƏ RAST GƏLİNƏN BƏZİ QƏRƏNFİLÇİÇƏKLİLƏRİN İNKİŞAF DİNAMİKASI
Xülasə
Məqalədə Şəmkir, Gədəbəy və Daşkəsən rayonu ərazisində yayılan bəzi qərənfilçiçəklilərin (Stellaria persica, Myosoton aquaticum, Cerastium davuricum, Cerastium cerastoides) fitosenoloji xüsusiyyətləri qeyd edilmişdir. Cerastium davuricum növü Şəmkir rayonunda çəmən yoncalı–topallıq (Trifolieta- Festucosum) formasiyasının tərkibində, Cerastium cerastoide növü çoxbudaqlı və Hohenaker yulqunluğu (Tamarixetum ramasissima –T. hohenackeri) assosiyasiyalarına aid bitki örtüyündə, Daşkəsən rayonunda dağ-kserofit bozqır fitosenozlarında (friqanoid tipli) tüklü şivaylı – çəmən qırtıclığı (Stipaetum capillata–Poaosum pratensis) assosiasiyasında Stellaria persica və Myosoton aquaticum növlərinin firosenotik olaraq inkişaf dinamikaları senopopulyasiya səviyyəsində tədqiq olunmuşdur. 2019-cu ildə senopopulyasiya normal, tam üzvlü, sıxlıq indeksi 69 olmuşdur. Yaş spektri yuvenil və virginil fərdlərdə maksimum olmuşdur. “Delta - Omeqa” təsnifatına görə fərdlər cavandır. Sonrakı 2020-ci ildə senopopulyasiyada cavanlaşma baş vermişdir. Ancaq Stellaria persica növünün yaş spektrinin dinamikası aşağı olmuşdur. Bütün baş verən dəyişilmələr fluktasiya dəyişilmələridir. Həmin növ üçün xarakterik olan yaş spektri saxlanılmışdır, həyatiliyi yüksək olmuşdur.