№2, 2021
AZƏRBAYCAN FLORASINDA GLYCYRRHIZA URALENSISF FİSCH EX DC. NÖVÜNÜN MÜASİR VƏZİYYƏTİ
Xülasə
Azərbaycanın müxtəlif botaniki-coğrafi rayonlarının dağ kserofit, bozqır, çala və sucaq çəmənlərində palıd bitkilərinin əmələ gətirdiyi fitosenozların növ tərkibi öyrənilərkən 6 növ biyan bitkisinin arealları müəyyən edilmişdir. Arealı müəyyən edilən növlərdən biri də Ural biyanıdır. Tədqiqat zamanı bu növün populyasiyalarının müasir vəziyyətinin qiymətləndirilməsi aparılmış, ontogenetik strukturu, yaş spektri öyrənilmiş, əmələ gətirdiyi fitosenozlar, onların növ tərkibi, quruluşu və ekoloji şəraitə adaptasiya imkanları müəyyənləşdirilmişdir. Qeyd etmək lazımdır ki, Glycyrrhiza uralensis qiymətli dərman bitkisidir. Onun qatı ekstraktı tibbdə istifadə edildiyi kimi, xalq təbabətində də geniş tətbiq olunur.
Açar sözlər
ekologiya, fitosenologiya, ontogenez, populyasiya, rastgəlmə, Ural biyanı