ARXİV - №1, 2021

№1, 2021

CENTAUREA SALICIFOLIA M.BIEB. EX WILLD. NÖVÜNÜN SESKVİTERPEN LAKTONLARININ VƏ KUMARİN TÖRƏMƏLƏRİNİN TƏDQİQİ

Xülasə

Məqalədə ilk dəfə olaraq Azərbaycanda yayılan Centaureae salisifolia (söyüdyarpaq güləvər) növünün yerüstü hissələrində toplanan seskviterpen laktonları və kumarin törəmələri haqqında məlumat verilir. C. salicifolia növündən alınan maddələrin xalq və elmi təbabətdə bir sıra xəstəliklərin müalicəsində istifadəsi, xüsusən mərkəzi sinir sistemini fəallaşdıran, ağrıkəsici, yarasağaldıcı, sidikqovucu, bronxial astma, baş ağrısı, bədxassəli şişlərə qarşı, fotosensibilizəedici, ürəyin tac damarlarını genişləndirici xüsusiyyətlərə malik olması C. salicifolia növünün kimyəvi tərkibinin geniş tədqiqi xüsusi maraq kəsb edir. Qeyd olunanları nəzərə alaraq tədqiqatın məqsədi C. salisifolia növünün yerüstü hissəsində toplanan seskviterpen lakton və kumarinlərin keyfiyyət tərkibinin tədqiqi olmuşdur. Tədqiqatın materialı Quba rayonunun Qəçrəş kəndində qönçələnmə fazasında yığılmış C. salicifolia bitkisinin yerüstü hissəsi olmuşdur. Ekstraktiv maddələr cəmindən seskviterpen lakton və kumarin birləşmələrini fərdi şəkildə almaq üçün Al2 O3 ilə doldurulmuş sütünlu (h=14 sm, d=2,5 sm) xromatoqrafiya metodundan, alınmış seskviterpen laktonlar və kumarin törəməsinin fərdiliyini təyin etmək üçün silufol UV-254 lövhələrdə prepativ xromatoqrafiya metodundan, fərdi şəkildə seskviterpen laktonların və kumarin törəmələrini identifikasiyası üçün isə İQ- və nüvə maqinit rezonans spektrometriya (NMR) metodundan istifadə edilmişdir. Alınan maddələr α-santanin, knitsin və skopoletin kimi identifikasiya edilmişlər.

Açar sözlər

bioloji fəal maddələr, sütunlu xromatoqrafiya, İQ- və NMR- spektrometriya
📄 Məqaləyə baxın 👁 108

Ədəbiyyat