№1, 2021
ANGELICA TATIANAE BORDZ NÖVÜNÜN YERÜSTÜ HİSSƏSİNDƏN ALINMIŞ BİOLOJİ FƏAL MADDƏLƏR
Xülasə
Məqalədə tərkibində bioloji fəal maddələr saxlayan Angelica cinsindən olan A. tatianae növünün bioloji fəal maddələrinin alınması, bioekoloji xüsusiyyətləri, botaniki tərkibi, tibbi və praktiki əhəmiyyəti haqqında məlumatlar verilir. Angelica tatianae (Apiaceae) bitkisinin yerüstü hissələrindən fərdi şəkildə 4 furokumarin törəməsi - C11H6 O3 , ə.t.138,0-140,0°С; C12H8 O4 , ə.t.188-190°С; C13H10O5 , ə.t.117-119°С; C16H14O5 ə.t. 141,0 -143°С alınmışdır. İQ -, 1 H NMR - spektrlərinin aşkarlanmasından alınan nəticələr əsasında tətqiq olunan maddələrin kimyəvi quruluş formulları təyin edilmiş və sübut olunmuşdur ki, təyin edilmiş maddələrin quruluş formulaları angelisin, berqapten, pimpinellin və oksipeysedaninin quruluş formulları ilə eynidir.