№1, 2021
Lactuca tatarica (L.) C.A. Mey. növünün yerüstü hissələrinin xromato-mass spektrometriya üsulu ilə kimyəvi tərkibinin tədqiqi
Xülasə
Məqalə Lactuca tatarica növünün yerüstü hissələrinin (gövdə və yarpaqlar) kimyəvi komponentlərinin tədqiqinə həsr edilmişdir. L. tatarica növünün yerüstü hissələrinin (320 qr) fitokimyəvi tədqiqi kumarin birləşmələrinin mövcudluğunu ortaya çıxardı. Bitki xammalının asetonlu ekstraksiyasında ümumi ekstraktiv tərkib maye xromatoqrafiya-kütlə spektrometriya (MX-KS) üsulu ilə tədqiq edilərək orada kumarin törəmələrinin olması müəyyən edilmişdir. Ümumilikdə 10 maddə əldə edilmişdir və bunlardan 3-ü identifikasiya edilmişdir. Digər 3 maddənin isə kumarinlər, polifenol törəmələri və fenilpropanoidlərə aid olduğu müəyyən edilmişdir. LC-MS prosesi Shimadzu 20 A HPLC sistemi ilə, maddələrin identifikasiyası isə Analyst 1.6 proqramı tərəfindən həyata keçirildi. Qlükon turşusu, qlükoza, di-hidroksikumarin qlükozid, identifikasiya edilən birləşmələr arasındadır. Qlükon turşusunun əhəmiyyəti, qələvi pH-da xelator olmasıdır. Üstəlik qida sənayesində qida qatqısı olaraq istifadə olunur. Bitki bütöv olaraq, müəyyən xəstəliklərin müalicəsi üçün Çin və Hindistanda ənənəvi xalq təbabətində geniş istifadə olunur. Beləliklə, geniş farmakoloji aktivliyə malik bioloji aktiv komponentləri aşkar etmək üçün bitkinin kimyəvi komponentlərini öyrənilməsi əhəmiyyətlidir.