ARXİV - №1, 2021

№1, 2021

QUBA VƏ QUSAR RAYONLARININ DEKORATİV BİTKİLƏRİNİN FAYDALI XÜSUSİYYƏTLƏRİ

Xülasə

Məqalədə Azərbaycanın şimal-şərq rayonlarından Quba və Qusar ərazisində bitən dekorativ bitkilərin təsərrüfat əhəmiyyətinə dair araşdırmaların nəticələri təqdim edilir. Yerli əhali arasında aparılan sorğuya əsasən tədqiqat ərazisi üzrə müəyyən edilmiş 133 dekorativ bitkidən 12 sıra, 19 fəsilə, 34 cinsə aid 36 növ faydalı hesab edilmişdir və onlar yeddi qrupda təqdim olunur. Bunlardan 19 növ xalq təbabətində və 12 növ tibbdə, 9 növ boyaqçılıqda, həmçinin 6 növ balverən, 3 növ aromatik, 3 növ yem bitkisi və 1 növ texniki əhəmiyyətlidir. Bitkilərin bəziləri (Echinops sphaerocephalus, Eupatorium cannabinum, Erodium cicutarium, Tanacetum parthenifolium, Thymus collinus, Trifolium montanum, Vicia crocea, Viola odorata) birdən çox qrupa aid edilə bilər. Beləliklə, dekorativ bitkilərdən yaşıllaşdırmada və bəzək məqsədi ilə istifadə edərkən, onların digər xüsusiyyətlərinin də nəzərə alınması olduqca vacibdir, belə ki, bu onların faydalı xüsusiyyətlərindən daha müxtəlif və səmərəli istifadəyə imkan verəcəkdir.

Açar sözlər

növ, dərman, balverən, aromatik, yem əhəmiyyətli
📄 Məqaləyə baxın 👁 260

Ədəbiyyat