№1, 2021
NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA CRATAEGUS L. CİNSİNİN NАDİR VƏ MƏHVОLMА TƏHLÜKƏSİNDƏ ОLАN NÖVLƏRİ
Xülasə
Məqalədə Crataegus cinsinin nadir və məhvolma təhlükəsi altında olan növlərinin mühafizəsi və bərpası ilə əlaqədar məlumat verilmişdir. Müəyyən olunmuşdur ki, muxtar respublika ərazisində son dövrlərdə ekoloji şəraitin kəskin surətdə dəyişilməsi və antropogen amillərin təsiri nəticəsində Crataegus cinsinin genofonduna daxil olan bir sıra qiymətli növlərin məhvolma təhlükəsini yaratmışdır. Ərazidə aparılan təhlillər nəticəsində Crataegus cinsinə daxil olan Crаtаеgus cаucаsicа, C.еriаnthа, C. orientalis, C. pontica, C. tournefortii növlərinin nadir və nəsli kəsilməkdə olduğu nəzərə alınaraq, yayılma zonaları dəqiqləşdirilmiş, xəritələri tərtib edilmiş, onların məhv olma səbəbləri aydınlaşdırılmışdır. Bu növlərin mühafizə statusları ilk dəfə оlaraq Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) “Rеd Data Bооk” katеqоriya və kriteriyalarına əsasən tərtib еdilmişdir. Müəyyən olunmuşdur ki, səmərəsiz və intensiv istifadə nəticəsində arealını daraldan növlərin müxtəlif məqsədlər üçün kəsilməsi qadağan edilməli və onların uyğun biotoplarda artırılması işi təşkil edilməlidir.