№1, 2021
BÖYÜK QAFQAZIN CƏNUB YAMACININ İNVAZİV BİTKİ NÖVLƏRİ
Xülasə
Məqalədə Böyük Qafqazın cənub yamacının (Azərbaycanın İsmayıllı, Oğuz, Qəbələ, Zaqatala, Qax və Balakən rayonlarında) invaziv bitki növləri haqqında məlumat verilir. Növlərin yayılması və rastgəlmə tezliyi araşdırılmış, taksonomik, biomorfoloji və bioekoloji təhlili aparılmışdır. Bütövlükdə 11 fəsilə, 26 cinsə aid 36 növ barədə məlumat verilir ki, onlardan 24 potensial invaziv növün statusu efemerofit və kolonofit,12 invaziv növün statusu isə epekofit və aqriofit olaraq müəyyən edilmişdir. Bu bitkilər sırasında yayılma sürətinə görə yüksək aktiv, orta aktiv və zəif aktiv invaziv növlər habelə inzibati rayonlara görə paylanma nisbəti göstərilir. Müəyyən edilib ki, tədqiqat ərazisində yüksək aktiv invaziv növlər artıq təbii və yarı təbii bitki birləşmələrə daxil olmuşdur. İnvaziv bitki növlərin yaratdığı bitki birlikləri müəyyən edilib. İnvaziv floranın vəziyyətinin təhlili göstərir ki, hazırda bu bitki qrupunun nümayəndələri regionda intensivləşməyə başlayır və onlara nəzarət olaraq ilk tədbir mütəmadi monitorinqlərin aparılmasından ibarətdir.