№1, 2021
Azərbaycan Respublikasının Böyük Qafqaz ərazisində yayılan P. vulgaris L. növünün morfometrik xüsusiyyətləri
Xülasə
İlk dəfə olaraq Azərbaycan ərazisində Böyük Qafqazın təbii şəraitində müxtəlif ekoloji-fitosenotik şəraitdə P. vulgaris növünün dəyişkənliyi ilə bağlı tədqiqatlar aparılmışdır. Tədqiqatın məqsədi P. vulgaris yarpaqlarının və gövdəsinin müxtəlif növ birliklərdə morfoloji xüsusiyyətlərinin dəyişkənliyini öyrənməkdir. P. vulgaris növününin spesifik morfoloji dəyişkənlik əlamətlərinin mövcudluğu və bu spesifik dəyişkənlik əlamətlərinin birliklərin növündən asılı olmaması müəyyən edilmişdir. Növlərin morfologiyası, ilk növbədə bitkilərin morfoloji xüsusiyyətlərinin dəyişkənliyi haqqında məlumatlar əlavə edilmiş və dəqiqləşdirilmişdir. Müxtəlif bitmə şəraitində P. vulgaris növündə fərqli yarpaq parametrləri üçün ortalama CV dəyərlərinin müqayisəli xarakteristikası eyni dəyişiklikləri göstərmişdir: Meşələrdə bu dəyişikliklər 15,40-30,5 %, çəmən birliklərində isə 14,49-29,85 % arasında dəyişir. Senopopulyasiyada əksər CV dəyərləri üzrə P. vulgaris yarpağının maksimum dəyişkənliyi meşələrdə, minimum isə çəmən birliklərində qeyd olunur. Yarpağın forması, saplağın eni demək olar ki, birlik tipindən asılı deyildir.