ARXİV - №1, 2021

№1, 2021

ZƏNGİLAN RAYONUNUN MEŞƏLƏRİNDƏ DƏYİŞMƏ PROSESLƏRİNİN AEROKOSMİK ZONDLAMA VASİTƏSİLƏ QİYMƏTLƏNDİRİLMƏSİ

Xülasə

Məqalənin məqsədi istinad nöqtəsi olan Samur-Yalama Milli Parkının meşələrində baş verən dəyişmələrin ölkənin digər regionlarında meşə dəyişmə tendensiyaları ilə əlaqə dərəcəsinin öyrənilməsidir. Bunu əsas götürərək ilkin olaraq Azərbaycanın Zəngilan rayonun meşələri öyrənilmiş və tədqiqat ərazisi ilə müqayisələr aparılmışdır. Azərbaycanın cənub-qərbində yerləşən Zəngilan rayonu Kiçik Qafqaz ekosisteminin bir hissəsi kimi zəngin biomüxtəlifliyə malik bölgədir. Bu ərazi uzunmüddətli işğala məruz qalmış və bu prosesin meşələrə təsirinin öyrənilməsi aktual məsələdir. Tədqiqatda öncəki araşdırma ilə eynilik təşkil edən, yarpaqdakı xlorofilin əks olunmasına əsaslanan xlorofil indeksləmə metodu (CIgreen) tətbiq olunmuşdur. Aerokosmik zondlama texnologiyalarının məhsulu olan 1990-2019-cı illəri əhatə edən Landsat peykinin multispektral görüntüləri istifadə edilmişdir. Təhlilərin nəticəsi göstərir ki, rayon ərazisində yayılmış meşələrin sıxlığı azalmışdır. Su ehtiyatlarının tutduğu səth (-1) 999 ha, açıq torpaq örtüyü (0) 13832 ha artmış, ən sıx meşələr (3) 1082 ha, sıx meşələr 10171 ha, orta sıxlıqlı və ya seyrək meşə, həmçinin, kolluq bitkiliyi 3579 ha azalmışdır. Sıx meşə bitkiliyi orta sıxlıqlı meşə və ya kolluq bitkiliyi ilə əvəz olunmuşdur. Samur-Yalama Milli Parkı meşələrinə nisbətdə daha çox azalma müşahidə edilmişdir.

Açar sözlər

Landsat, meşə sıxlığı, xlorofil əksolunması
📄 Məqaləyə baxın 👁 109

Ədəbiyyat