ARXİV - №1, 2021

№1, 2021

KÜR-ARAZ OVALIĞININ MƏRKƏZİ HİSSƏSİNİN FLORASININ TİPOLOJİ TƏHLİLİ

Xülasə

Məqalədə Kür-Araz ovalığının mərkəzi hissəsində yerləşən Kürdəmir rayonunun florasının taksonomik, biomorfoloji və bioekoloji təhlilinin nəticələri verilmişdir. Aparılan tədqiqatlar zamanı rayonda 39 fəsiləyə və 119 cinsə aid 153 yabanı bitki növü qeydiyyata alınmışdır. Müəyyən edilmişdir ki, aparıcı növ tərkibinin sayına görə arid şəraitə yaxşı uyğunlaşmış Poaceae (29 növ) və Asteraceae (23 növ) fəsilələri, daha sonra isə Amaranthaceae (17 növ) və Fabaceae (13 növ) fəsilələri növ sayına görə üstünlük təşkil edir. Bitki örtüyündə otlar (132 növ, 86,3 %) və onlardan xüsusilə yağışlardan sonra formalaşan nəmlik hesabına inkişaf edən bitkilər – birilliklər (73 növ, 47,7 %) və terofitlər (73 növ, 47,7 %) dominantlıq edir. Su rejiminə münasibətdə mezofitlər (77 növ, 5,3 %) və kseromezofitlər (45 növ, 29,4 %) üstünlük təşkil edir

Açar sözlər

fəsilə, cins, həyati formaları, ekoloji qruplar
📄 Məqaləyə baxın 👁 260

Ədəbiyyat