№2, 2020
Punica granatum L. bitkisinin müxtəlif or - qanlarında taninlərin miqdarı
Xülasə
Azərbaycan ərazisində yayılan yabanı nar bit - kisinin müxtəlif orqanlarının (yarpaq, çiçək, meyvə), qida sənayesində və tibdə geniş istifadə olunan, taninlərin alınmasında xammal mənbəyi kimi istifadəsinin elmi əsaslandırılması məqsədilə tədqiqat işi aparılmışdır. Taninlərin kəmiyyət tərkibinin analizi QOST 19885-74 uyğun olaraq yerinə yetirilmişdir. Müəyyən edilmişdir ki, yabanı narın müxtəlif orqanla - rında taninlərin kəmiyyət tərkibi əhəmiyyətli dərəcədə fərqlənir. Taninlərin ən yüksək miq - darının qabıqda (386,5 mq/l), ən az miqdarı - nın isə meyvə şirəsində (230 mq/l) toplandığı göstərilmişdir. Yabanı narın çiçək və yarpağın - da taninlərin miqdarı müvafiq olaraq 350 mq/l və 330 mq/l təşkil edir. Yabanı nar bitkisinin qabığında (386,5 mq/l) və çiçəklərində (350 mq/l) taninlərin üstünlük təşkil etməsiтш və bu maddələrin yüksək bioloji aktivliyə malik olmasını nəzərə alaraq tədqiqatımızın nəticələri bitkinin qabıq və çiçəklərinin tibb və qida sənayesində istifadə olunan taninlərin alınması üçün əlavə təbii xammal mənbəyi kimi tövsiyə etməyə imkan verir.