ARXİV - №2, 2020

№2, 2020

Nar meyvəsinin antosian tərkibi və miqdarı

Xülasə

Məqalədə Azərbaycan Respublikasının Göyçay rayonunun Bığırlı kəndində becərilən “Gülovşə” nar sortunun antosian tərkibinə aid məlumat verilir. Müasir xromatoqrafiya və spektral metodlardan istifadə edilərək nar meyvəsinin müxtəlif hissələrində olan antosianların tərkibi keyfiyyət və kəmiyyətcə tədqiq edilmişdir. Antosianların keyfiyyət tərkibi bir və iki tərəfli kağız xromatoqrafiya, komponentlərin miqdarı fotoelektrokalorimetrik metodla aşkar edilmişdir. Müəyyən edilmişdir ki, nar meyvəsinin müxtəlif hissələri antosian komponentlərinin sayına və miqdarına görə fərqlənirlər. Meyvənin qabığından alınmış antosian cəmində 3, şirəsində 4, tam meyvə ekstraktında 5 antosian müəyyən edilmişdir. Meyvənin qabığının antosian tərkibində pelarqonidin törəmələri, şirənin və tam meyvə ekstraktının tərkibində isə delfinidin törəmələri üstünlük təşkil edir. Preparativ kağız xromatoqrafiya metodu ilə tam meyvə ekstraktından 5 fərdi antosian alınmışdır. Xromatoqrafik, spektral, tam və hissəli hidroliz, qələvi parçalanma və onların ədəbiyyat məlumatları ilə müqayisəli analizləri nəticəsində ayrılmış maddələr delfinidin - 3 - qlükozid, delfinidin - 3, 5 - diqlükozid, sianidin - 3 - qlükozid, sianidin -3, 5 - diqlükozid, pelarqonidin -3 - qlükozid, pelarqonidin - 3, 5 - diqlükozid kimi identifikasiya edilmişdir.

Açar sözlər

nar, Gülovşə sortu, antosian, xromatoqrafiya, spektroskopiya, hidroliz
📄 Məqaləyə baxın 👁 113

Ədəbiyyat