ARXİV - №2, 2020

№2, 2020

LACTUCA SERRIOLA L. NÖVÜ KÖKLƏRİNİN MÜXTƏLİF FRAKSİYALARINDAN ALINMIŞ KRİSTALLİK KÜTLƏNİN KOMPONENT TƏRKİBİ

Xülasə

Mürəkkəbçiçəklilər (Asteraceae) fəsiləsinə aid olan bir sıra növlərin in vitro və in vivo şəraitində aparılan tədqiqatlar zamanı tibbi əhəmiyyəti ortaya çıxmışdır. Bu fəsilənin Lactuca cinsinə aid olan L. serriola növü tərkibində farmakoloji cəhətdən aktiv olan müxtəlif maddələr saxlayır. Aparılan tədqiqat işi L. serriola növü köklərinin qaz xromato-mass-spektrometriya (QX-MS) üsulu ilə kimyəvi tərkibinin öyrənilməsinə həsr edilmişdir. Aparılan tədqiqatlar nəticəsində əksər bitki növlərində rast gəlinən yağ turşu efirlərindən metil miristat, metil linoleat, metil oleat, metil stearat, heksadekanoy turşusu metil efiri və yağ turşularından olein turşusu və heksadekanoy turşusu da daxil olmaqla ümumilikdə 22 fərqli komponent identifikasiya olunmuşdur. Əlavə olaraq, L. serriola növü üçün xarakterik bəzi triterpen birləşmələri (lupeol asetat, germanikol) də təyin edilmişdir. Təyin edilmiş maddələrdən farmakoloji aktivliyi olanlar isə: 2-monoolein, heksadekanoy turşusu, heksadekanoy turşusu metil efiri və lupeol asetatdır. Təyin edilmiş maddələrdən lupeol asetat və heksadekanoy turşusu metil efirinin həm miqdar- ca çoxluğu, həm də farmakoloji aktivliyə malik olması bu növün tibbi əhəmiyyətini vurğulayır.

Açar sözlər

kompas süddəyən, qaz xromato-mass spektrometriya, triterpenlər, yağ turşu efirləri
📄 Məqaləyə baxın 👁 125

Ədəbiyyat