№2, 2020
Azərbaycanda yayılan Pimpinella aurea növünün efir yağının komponent tərkibi
Xülasə
İlk dəfə olaraq Azərbaycan populyasiyasına aid Pimpinella aurea növünün efir yağlarının kimyəvi tərkibinə dair məlumatlar verilmişdir. Efir yağının alınması üçün P. aurea bitkisinin xammalı meyvəvermə fazasında Lerik rayonunun Qosmolian və Şonaçola ətrafındakı quru yamaclarda (dəniz səviyəsindən 1369 m) yığılmışdır. Efir yağı hidrodistilyasiya yolu ilə alınmışdır. Efir yağlarının kimyəvi tərkibi Aqilent Techolgies xromatoqrafında xromatomass-spektrometriya metodu ilə müəyyən edilmişdir. Toxumlu çətirlərdən alınan efir yağı ədviyyat qoxulu yaşılı-sarı rəngli çevik mayedir. Efir yağının çıxımı (quru xammala nisbətdə) 0,57±0,11% təşkil etmişdir. Efir yağının tərkibində 32 fərdi komponent müəyyən edilmişdir. Tədqiq edilən növün efir yağının komponentlərinin çoxu ilk dəfə olaraq identifikasiya edilmişdir. Major komponent kimi aromadendren oksid-(1) (31,11%) və siklobu tan-karboksil turşusunun 3-fenil-2 provenil efiri (16,94%) qeyd edilmişdir. Onların ardınca bir qədər az miqdarda olmaqla: trans-4,4-dimetil-2- heksen (9,90), trans-lonqipinokarveol (7,64%), sabinen (7,07%), 2-(1-siklopentanil) фуран (5,20%), 4-karvomentenol (3,23%), О-simen və β-bisabolen (hərəsi 2,07%) gəlir. Qalan komponentlərin miqdarı isə 0,77%-dən 1,64%- ə kimi təşkil edir.