ARXİV - №2, 2020

№2, 2020

QUBA RAYONUNDA NADİR NÖVLƏRİN SENOPOPULYASİYALARININ EKOLOJİ–FİTOSENOTİK VƏ DEMOQRAFİK XÜSUSİYYƏTLƏRİ

Xülasə

Məqalədə ilk dəfə Azərbaycanın Qırmızı Kitabına (2013) daxil olmuş Galanthus alpinus var. alpinus, Platanthera chlorantha və Crocus speciosus növlərinin populyasiya-ontogenetik metodların istifadəsi ilə senopopulyasiyalarının (SP) ontogenetik və demoqrafik strukturu öyrənilmiş, həmçinin bu növlərin hemerobiya qiymətləndirilməsi aparılmışdır. Tədqiqatlar 2017-2020-ci illərdə Quba rayonunda aparılmışdır. Fərdlərin ontogenetik vəziyyətini təyin etmək üçün ontogenezin diskret təsviri konsepsiyasından istifadə edilmişdir. Yaş, bərpaolunma, əvəzolunma, qocalma və effektivlik indeksləri hesablanmışdır. Senopopulyasiyanın tipi delta-omeqa (Δ-ω) təsnifatına əsasən təyin olunmuşdur. Bitki qruplarının hemerobiya qiymətləndirilməsi üçün Yalas sisteminin genişlənmiş variantından istifadə edilmişdir. Ümumilikdə 10 senopopulyasiya tədqiq olunmuşdur: SP 1-5 - G. alpinus var. alpinus; SP 6-8 – P. сhlorantha; SP 9-10 – C. speciosus. SP 1-3 və SP 6 istisna olmaqla (senil fərdlərin yoxluğu səbəbindən) digər senopopulyasiyaların baza ontogenetik spektri normaldır, tamdır. Δ-ω təsnifatına əsasən SP 1, 3, 5-6, 8 və 9 cavan, SP 4 – yetişməkdə olan, SP 2, 7 və 10 isə keçid tipli kimi təyin edilmişdir. Növlərin hemerobiya qiymətləndirilməsi göstərdi ki, antropogen təsirlərə yüksək həssaslığı P. chlorantha növü göstərir. Bu bitkinin daxil olduğu senozlarda antropotolerant növlərin payı 27% təşkil edir ki, bu da G. alpinus (37%) və C. speciosus (36%) növlərinin daxil olduğu senozlardakı xüsusi çəkisindən azdır.

Açar sözlər

nadir növlər, ontogenetik struktur, demoqrafik struktur, hemerobiya, növlərin antropotolerantlığı
📄 Məqaləyə baxın 👁 120

Ədəbiyyat