ARXİV - №2, 2020

№2, 2020

BAKI ŞƏHƏRİNDƏ COVID-19 PANDEMİYASI DÖVRÜNDƏ BƏZİ EKOLOJİ GƏRGİN ƏRAZİLƏRİN KEYFİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

Xülasə

COVID-19 pandemiyası ilə əlaqədar Bakı şəhərində tədbiq edilmiş karantin şəraitində 2020-ci il 20 iyul-10 avqust tarixlərində ekoloji gərgin hesab edilən mühitlərdə Quercus ilex, Оlea europea, Platanus orientalis, Ligustrum japonica bitki növlərində fərdi stabil inkişafın dəyişməsinin inteqral qiymətləndirilməsi aparılıb. Bitki növlərinin yarpaqlarında morfoloji əlamətlərin fluktuə asimmetriya göstəricilərinin dəyişmə səviyyəsi öyrənilib. Tədqiqatın nəticələri 2016-2018-ci illərdə eyni tədqiqat sahələrində və tamamilə eyni bitki növlərinin eyni fərdləri üzərində aparılmış tədqiqatların nəticələri ilə müqayisəli təhlil edilib və müəyyən edilib ki, Bakı şəhərinin tədqiq edilən sahələrində ekoloji çirklənmə səviyyəsi əvvəlki illərə nisbətən azalıb. Müəyyən edilib ki, urboekosistemdə – ətraf mühitdə ekoloji gərginlik azalaraq özünü bərpaetmə prosesi baş verib. Ətraf mühitin idarə edilməsində bu mütləq nəzərdə saxlanılmalıdır.

Açar sözlər

biomonitorinq, morfometrik əlamət, fluktuə asimmetriyası, ekoloji qiymətləndirmə
📄 Məqaləyə baxın 👁 115

Ədəbiyyat