ARXİV - №2, 2020

№2, 2020

DACTYLORHIZA ROMANA SUBSP. GEORGICA BİTKİSİNİN BİOEKOLOJİ XÜSUSİYYƏTLƏRİNİN VƏ SENOPOPULYASİYALARININ TƏDQİQİ

Xülasə

Siyəzən (Qalaaltı) və Şamaxı (Pirqulu Dövlət Təbiət Qoruğu (PDTQ)) meşə massivlərində Dactylorhiza romana subsp. georgica (sarımtıl səhləb) bitkisinin öyrənilməsinə dair 2020-ci ilin may və iyul aylarında aparılan tədqiqatların nəticələri təqdim edilmişdir. Növün yayıldığı sahələrdə bəzi ekoloji göstəricilər ölçülmüş (havanın temperaturu, rütubəti və karbon qazının miqdarı), eləcə də götürülmüş torpaq nümunələrinin laboratoriya şəraitində pH mühiti, məhlulun elektrik keçiri ciliyi və temperaturu öyrənilmişdir. Sarımtıl səhləbin bitmə yerlərinin təsviri, proyektiv örtüyü və dominat növləri verilmişdir. Belə ki, Qalaaltıda edifikatorlar Quercus macranthera və Carpinus betulus, PDTQ-da isə - Fagus orientalis və Carpinus betulus növləridir. Tədqiq olunan növün adları çəkilən rayonlarda senopopulyasiyalarının ontogenetik vəziyyəti, demoqrafik strukturu və morfometrik parametrləri öyrənilmişdir. Hər iki rayonda sarımtıl səhləb bitkisinin senopopulyasiyalarında generativ, əsasən cavan və orta yaşlı (SP1 – 50.61, SP2 – 50.0%) fərdlərin çoxluğu müşahidə olunmuşdur, eyni zamanda pregenerativ fərdlərin sayı da kifayət qədər yüksəkdir (müvafiq surətdə, SP1 – 49.37 və SP2 – 49.99%). Hər iki senopopulasiyalar normal, cücərtilər, subsenil və senil fərdlər olmadığına görə natamamdır. Hər iki senopopulyasiyanın effektivlik indeksi göstəriciləri yüksəkdir (SP1 - 560, SP2 - 0.587), bu da onların yaxşı və davamlı vəziyyətdə olmasını göstərir.

Açar sözlər

Orchidaceae, nadir növ, ontogenetik və demoqrafik struktur, ekologiya
📄 Məqaləyə baxın 👁 125

Ədəbiyyat