№1, 2020
KİÇİK QAFQAZIN ŞİMAL HİSSƏSİ ÇAY HÖVZƏLƏRİNİN FLORA MÜXTƏLİFLİYİ VƏ DİNAMİKASI
Xülasə
2016-2020-ci illərdə Kiçik Qafqazın şimal hissəsi çay hövzələrinin flora və bitkiliyi tədqiq olunmuşdur. Tədqiqat materialları təhlil edilərək, müəyyən nəticələr alınmışdır. Kürəkçay, Şəmkirçay, Qoşqarçay, Zəyəmçay, Gəncəçay hövzələrinin flora biomüxtəlifliyinin tənqidi təftişi aparılaraq, növlərin inventarizasiyası, taksonomik strukturu dəqiqləşdirilmiş, bitkiliyin müasir təsnifatı verilərək, genofondunun mühafizəsi üçün tədbirlər sistemi işlənib hazırlanmışdır. Şəmkirçay hövzəsinin flora biomüxtəlifliyi 75 fəsilə, 240 cinsə aid 668, Kürəkçay hövzəsnin flora biomüxtəlifliyi 95 fəsilə 370 cinsə aid 870, Qoşqarçay hövzəsinin flora biomüxtəlifliyi 50 fəsilə 110 cinsə aid 410, Zəyəmçay hövzəsinin flora biomüxtəlifliyi 65 fəsilə 180 cinsə aid 445, Gəncəçay hövzəsinin flora biomüxtəlifliyinin 60 fəsilə 98 cinsə aid 602 bitki növünün ibarət olması aşkar edilmişdir. Şəmkirçay hövzəsində 20 fəsilə 26 cinsə aid 36 növ, Kürəkçay hövzəsində 20 fəsilə 27 cinsə aid 32 növ, Qoşqarçay hövzəsində 22 fəsilə 28 cinsə aid 43 növ, Zəyəmçay hövzəsində 13 fəsilə 24 cinsə aid 45 növ, Gəncəçay hövzəsində 14 fəsilə 21 cinsə aid 35 növ nadirləşərək, məhvolma təhlükəsində qalmışdır