ARXİV - №2, 2020

№2, 2020

Azərbaycan florasında Hypericum L. cinsi növlərinin yeni təyinedici açarı

Xülasə

Məqalə Azərbaycan florasında yayılan Hypericum cinsinin öyrənilməsinə həsr edilmişdir. Bu cinsə Şimal yarımkürəsinin tropik və subtropik bölgələrdə geniş yayılmış 480 növ daxildir. Bu cinsin növləri rütubətli torpaqlarda, quru qaya çatlarında, daşlı yerlərdə və kolluqlarda bitir. İşdə cinsin növ tərkibi və bu tərkibin öyrənilməsində istifadə olunan klassik, müqayisəli-morfoloji, floristik və sistematik metodlar əks olunur. Azərbaycanda Hypericum cinsinin 15 deyil, 19 növünün yayıldığı müəyyən olunmuşdur. Həmçinin tərəfimizdən cinsə aid 1 (H. perforatum subsp. veronense) yarımnövün və 1 (H. scabrum var. micranthum) variasiyanın olduğu müəyyən edilmişdir. Növləri təyin etmək üçün yeni açar (diaqnostik əlamətlər əsasında) tərtib edilmişdir. Açar tərtib olunarkən sistematikada istifadə olunan son nomenklatur dəyişikliklər nəzərə alınmışdır.

Açar sözlər

Hypericum, növlər, metodlar, açar
📄 Məqaləyə baxın 👁 140

Ədəbiyyat