ARXİV - №2, 2020

№2, 2020

PHLOMIS L. VƏ QOHUM CİNSLƏRİN AZƏRBAYCAN FLORASINDA RAST GƏLİNƏN NÖVLƏRİNİN HERBARİ MATERİALLARI ƏSASINDA TƏHLİLİ

Xülasə

Phlomis (Labiatae) K. Linney tərəfindən ilk dəfə təsvir olunduqdan sonra ilk növbədə Eremostachys və Paraphlomis cinsləri başda olmaqla müxtəlif şəkildə bölünmüş, daha sonra isə fərqli cinsdaxili taksonomik qruplara ayrılmışdır. Bununla yanaşı, C. Brikenin təsnifatından bəri cinsin sistematikası XX əsrin 90-cı illərinə qədər qlobal miqyasda hərtərəfli tədqiq olunmamışdır. Hal-hazırda 100-dən çox növün daxil olduğu cins üzərində son illərdə aparılan molekulyar sistematik və filogenetik, morfoloji, palinoloji və s. tədqiqatlar, eyni zamanda bəzi Phlomis və Eremostachys növləri arasındakı yaxın oxşarlıqlar bu cinslərin müasir təftişinin zəruri olduğunu göstərir. Bu səbəbdən, dünya bitki sistematikası elmindəki mövcud tendensiyalara müvafiq olaraq respublikamızda da Phlomis və ona yaxın olan cinslərin müasir təsnifatı, nomenklatur dəyişikliklərin aparılması məqsədilə ilk addım olaraq məlumat toplanılmağa başlanıldı. Cinsin öyrənilmə tarixi, coğrafi yayılması, o cümlədən Azərbaycan və həmsərhəd ölkələrin florasında rast gəlinən taksonları müqayisəli olaraq təhlil olunmuş, BAK herbari fondunda saxlanılan herbari məlumatları analiz edilmişdir. Azərbaycan florasında ümumilikdə 9 növə rast gəlinir ki, onlardan üçü Eremostachys, qalan altısı isə Phlomis cinsinə aid edilmişdir. BAK herbari fondunda hər iki cinsə adi saxlanılan 240-a yaxın nüsxə təhlil olunmuşdur. Bu günə qədər aparılan tədqiqatların analiz edilməsilə əldə olunan nəticəyə görə həyata keçirilən cinsdaxili və cinslərarası nomeklatur dəyişikliklər cinsin Azərbaycanda yayılmış nümayəndələrinin sistematikasının inteqrativ yanaşmalarla təhlil olunmasını tələb edir.

Açar sözlər

Phlomis, Eremostachys, morfologiya, herbari, takson
📄 Məqaləyə baxın 👁 123

Ədəbiyyat