ARXİV - №2, 2020

№2, 2020

AZƏRBAYCAN FLORASINDA ANTHEMIS L., COTA J. GAY VƏ ARCHANTHEMIS LO PRESTI & OBERPR. CİNSLƏRİNİN (ASTERACEAE) KONSPEKTİ

Xülasə

Məqalədə Anthemideae tribası, Asteraceae fəsiləsinə aid olan Anthemis cinsinin taksono- mik tərkibində baş verən dəyişikliklərdən bəhs edilir. Tədqiqat zamanı klassik müqayisəli-morfoloji və sistematik metodlardan istifadə olunmuşdur. Anthemis cinsində olan taksonomik və nomenklatur dəyişikliklər məlumat bazalarına Euro-Med Plant Base, World Plants: Synonymic Checklists of the Vascular Plants of the World və “Taxon” jurnalına istinadən araşdırılmış və müəyyən edilmişdir ki, Anthemis cinsindən Cota və Archanthemis cinsləri ayrılmışdır. Anthemis cinsinin seksiyası olan Cota seksiya səviyyəsindən cins (Cota) səviyyəsinə yüksəldilmiş, cinsin 2 növü (Anthemis fruticulosa və A. sosnovskyana) isə molekulyar və morfoloji analizlərə əsasən, floramıza yeni gəlmiş, Archanthemis cinsinin tərkibinə keçmişdir. A. sosnovskyana növü yarımnöv səviyyəsinə endirilmişdir (Archanthemis marschalliana subsp. sosnovskyana). Beləliklə, hal-hazırda Anthemis cinsi Azərbaycan florasında 4 növ və 1 yarımnövlə, Cota cinsi 6 növlə, Archanthemis cinsi isə 1 növ və 1 yarımnövlə təmsil olunur. Cins və növlərin yeni təyinedici açarı tərtib olunmuş, onların qısa icmalı verilmişdir.

Açar sözlər

seksiya, növlər, təyinat açarı
📄 Məqaləyə baxın 👁 159

Ədəbiyyat