№1, 2020
Azərbaycan Respublikasının Böyük Qafqaz ərazisində yayılan Prunella vulgaris L. növünün morfometrik xüsusiyyətləri
Xülasə
Müxtəlif populyasiyaya aid olan fərdlərin davamlılığının və uyğunlaşmasının öyrənilməsi üçün təbii şəraitdə yayılmış populyasiyaların fenotipik potensial xüsusiyyətlərinin tədqiqi vacib məsələdir. Tədqiqatın əsas məqsədi Azərbaycan Respublikasının Böyük Qafqaz ərazisində yayılan Prunella vulgaris növünün gövdə və yarpaqlarının morfometrik xüsusiyyətlərinin, onların dəyişkənliyinin öyrənilməsidir. İlk dəfə olaraq Böyük Qafqazın müxtəlif ekoloji-fitosenotik şəraitlərdə P. vulgaris növünün dəyişkənliyi tədqiq edilmişdir. Tədqiqatın məqsədi müxtəlif populyasiyalarda P. vulgaris növünün yarpaq və budaqlarının morfoloji əlamətlərinin dəyişkənliyini tədqiq etməkdir. Tədqiqat nəticəsində P. vulgaris növününin spesifik morfoloji dəyişkənlik əlamətlərinin olması və bu spesifik dəyişkənlik əlamətlərinin populyasiyanın tipidən asılı olmaması müəyyən edilmişdir. Aparılmış tədqiqatlar nəticəsində növlərin morfologiyası, ilk növbədə P. vulgaris növünün morfoloji əlamətlərinin dəyişkənliyi haqqında məlumatlar əlavə edilmiş və dəqiqləşdirilmişdir