ARXİV - №1, 2020

№1, 2020

Duz stresi şəraitində tilakoid membranının qorunmasında kinoya (Chenopodium quinoa Willd.) toxumu ekstraktlarının qoruyucu rolu

Xülasə

NaCl-un təsiri ilə yaranan oksidləşmə gərginliyi şəraitində fotosistem II (FT II) aktivliyinin qorunmasında Kinoya bitkisinin (Chenopodium quinoa) müxtəlif sortlarının toxumlarından alınan ekstraktların antioksidant (AO) xüsusiyyətləri öyrənilmişdir. Tədqiqatlar flüoresensiya üsulu ilə (msan GF Xl a) NaCl məhlulunda inkubasiya edilmiş buğda cücərtisinin yarpaqlarında (Triticum aestivum) in vivo şəraitində aparılmışdır. Müşahidə olunan msan GF Xl a induksiya keçidlərinin dəyişiklikləri həm donor, həm də akseptor tərəflərdə NaCl FS II-nin elektron nəqliyyat zəncirinin (ENZ) aktivliyinin pozduğunu nümayiş edib. Bu şərtlərdə ekstraktlar FS II-nin aktivliyinin qorunmasında korrektiv təsir göstərib. Ekstraktların antioksidant xüsusiyyətləri onların kimyəvi tərkibində fotosintetik membrana zərər verən reaktiv molekullar kimi sərbəst radikalları zərərsizləşdirə bilən çox sayda B, C, D, E, K, PP vitaminləri, fenol birləşmələrinin, xolin-aşağı molekullu birləşmələrin olması ilə əlaqələndirilə bilər.

Açar sözlər

kinoya, ekstraktlar, reaktiv oksigen növləri, NaCl, fotosistem II
📄 Məqaləyə baxın 👁 125

Ədəbiyyat