ARXİV - №1, 2025

№1, 2025

Mezofit ekoloji qrupuna aid və dərman əhəmiyyətli Viola odorata L. növünün ekoloji və anatomik xarakteristikası

Xülasə

Tədqiqat işində Azərbaycan Respublikasının Qarabağ bölgəsinin floral elementləri arasında yer alan və mezofit ekoloji qrupa aid dərman bitkilərindən biri olan Viola odorata L. növünün ayrı-ayrı vegetativ və eyni zamanda generativ orqanlarının anatomik analizi aparılmış və ekoloji anatomik strukturları öyrənilmişdir. Tədqiqatın əsas məqsədi kimi anatomik səviyyədə növ spesifik əlamətlərin müəyyən olunması, dağlıq ərazidə ekoloji mühit amillərinin təsiri ilə daxili strukturlarda hansı tip dəyişikliklərin meydanı gələ biləcəyinin müəyyən olunası və həmçinin metobolizm prosesinin də mexanizminin aydınlaşdırılması nəzərdə tutulmuşdur. Əldə olunmuş nəticələrlərin digər bu istiqamətli tədqiqat işləri ilə qarşılıqlı müqayisəli təhlili onu göstərir ki, strukturların forması və ölçüləri növ üçün spesifik əlamət kimi nəzərdən keçirilə bilər. Məsələn, yarpaqda mərkəzi damarın dorzal və ventral qabarıqlıqlara sahib olması, onların ölçüləri, ayrı-ayrı orqanlar üzərindəki trixomaların sıxlığı və ölçüsü kimi əlamətləri qeyd etmək olar. Bitkinin rozet hissəsində çoxlu druzların kristallarının mövcud olması ekoloji amillərin təsirinin nəticəsində əmələ gələn uyğunlaşma əlaməti kimi xarakteristika oluna bilər. Əldə olunmuş nəticələr növün identifikasiyası prosesində, biokimyəvi tərkibinin analizində, ekoloji amillərin bitkilər üzərində təsirinin aydınlaşdırılmasında və s. istifadə edilə bilər.

Açar sözlər

ksilema, parenxima, kollenxima, druz, floema
📄 Məqaləyə baxın 👁 2

Ədəbiyyat