ARXİV - №1, 2025

№1, 2025

ANTHEMİS COTULA L. NÖVÜNÜN EKSTRAKTININ VƏ EFİR YAĞININ KOMPONENT TƏRKİBİNİN ÖYRƏNİLMƏSİ

Xülasə

Məqalədə Anthemis cotula L. (Asteraceae fəsiləsi) – Pişik sığırgözü növünün yerüstü hissəsinin etanol ekstraktının və efir yağının komponent tərkibinin öyrənilməsindən bəhs olunur. Bitki xammalı kütləvi çiçəkləmə fazasında Şabran rayonunun Şahnəzərli, Mollakamilli, Təzəkənd, Gəndob kəndlərinin həyətyanı sahələrindən və Qusar rayonunun ətrafından yığılmışdır. A. cotula növünün ekstraktının kimyəvi tərkibini öyrənmək üçün 40 qram A. cotula növünün yerüstü hissəsinin bitki xammalı 95%-li spirt ilə ekstraksiya edilmişdir. Ümumilikdə 5 qram ekstraktiv maddələr cəmi alınmışdır, bu da 12,5% çıxım deməkdir. Efir yağı hidrodistillyasiya metodu ilə alınmışdır. Yerüstü hissədə - 0,012%, çiçəklərində – 0,05% efir yağı müəyyən edilmişdir. Etanol ekstraktının və efir yağının komponent tərkibi xromato-mass-spektroskopiya metodu ilə öyrənilmişdir. A. cotula növünün etanol ekstraktından 30 komponent (100%) identifikasiya edilmişdir. Onlardan üstünlük təşkil edənlər N'-[1-[4-Xlorofenil]-1H-tetrazol5-il]-N,N-dietil-1,2-etandiamin - 18,01; o-(nnonil) S-(2-dietilaminoetil) etilfosfonotiolat – 12,72%; D-qalaktoza – 6,68%; İnozitol, 1-deoksi – 8,76%; 1H-İmidazol-2-amin – 7,79%; A'-Neogammacer-22(29)-en-3-ol, asetat, (3β, 21β) - 6,39% komponentləridir. A. cotula növünün çicəklərindən alınmış efir yağının tərkibində 5 (100%) komponent müəyyən edilmişdir. 2,3-Butanediol (53%) efir yağının dominant komponentidir.

Açar sözlər

Anthemis cotula, ekstrakt, efir yağı, komponentlər
📄 Məqaləyə baxın 👁 4

Ədəbiyyat