ARXİV - №1, 2025

№1, 2025

Azərbaycanın İsmayıllı rayonunda yayılan Heracleum asperum M.Bieb. (Apiaceae) növünün farmakoqnostik tədqiqi

Xülasə

Sərt baldırğan bitkisinin meyvələrindən hidrodistilyasiya üsulu ilə efir yağı alınaraq komponent tərkibi, bakterioloji və göbələk əleyhinə təsirləri, eləcə də meyvə və köklərin makro və mikromorfolji xüsusiyətləri müəyyən olunmuşdur. Efir yağının komponent tərkibində əsas üstünlüyü monoterpenoidlərdən sis-verbenol asetat 37,98 %, α- Terpinolen 6,82%, Terpinen-4-ol 1,54% üstünlük təşkil edir. Heracleum asperum bitkisinin meyvəsindən alınmış efir yağı kapsullu bakteriya olan Klebsiella pneumoniae və əksər antibiotiklərə təbii rezistentliyi olan göy-yaşıl irin çöplərinə təsir etmir. Lakin efir yağı Staphylococcus aureus və Candida albicans kulturalarına təsir edərək, onların inkişafını kifayət qədər azaltmışdır. Bitkinin makro və mikromorfoloji xüsusiyyətləri öyrənilmişdir. Köklərin yuvacıqlarının kəsişmələrində efir yağı vəzicikləri və qətranlar aşkar edilmişdir. Meyvələr merikarp hissələrdən ibarət olub, sarı-samanı rənglidirlər.

Açar sözlər

efir yağı, qaz-xromatoqrafiyalı-kütlə spektrometriya, hidrodistilyasiya, mikrobiologiya, morfologiya
📄 Məqaləyə baxın 👁 3

Ədəbiyyat