№1, 2025
YARPAQGÖVDƏLİ MAMIRLARIN ROSACEAE JUSS. FƏSİLƏSİNİN NÖVLƏRİ ÜZƏRİNDƏ YAYILMASI
Xülasə
Azərbaycanın Lerik rayonun ərazisində aparılmış tədqiqat işləri zamanı Gülçiçəklilər fəsiləsindən olan ağac və kol bitkiləri üzərində yayılmış epifit yarpaqgövdəli mamır növləri toplanıb təyin edilmişdir. Tədqiqatın əsas işi Lerik rayonunun ərazisində Gülçiçəklilər fəsiləsindən olan ağac və kol bitkiləri üzərində yayılmış epifit yarpaqgövdəli mamırların növ tərkibinin öyrənilməsi və Azərbaycan üçün nadir brioloji növlərin müəyyən edilməsidir. Nəticədə Azərbaycan brioflorası üçün 2 fəsiləyə, 3 cinsə aid olan 3 yarpaqgövdəli mamır növü müəyyən olunmuşdur. Həmin növlər: Dicranaceae Schimp. fəsiləsinə, Dicranum Hedw. cinsinə aid Dicranum scoparium Hedw; həmin fəsilənin Paraleucobryum (Lindb. ex Limpr.) Peterfi cinsinə aid Paraleucobryum longifolium (Ehrh. ex Hedw.) Peterfi., Mielichhoferiaceae Schimp. fəsiləsinə aid Mniobryum Limpr. cinsinin Mniobryum carneum (F. Weber & D.Mohr) Limpr. növləridir.