№1, 2025
QARABAĞIN OOMYCOTA MÜXTƏLİFLİYİNİN HERBARİ NÜMUNƏLƏRİNƏ ƏSASƏN ARAŞDIRILMASI
Xülasə
Məqalədə təqdim olunan məlumatlar bir sıra tədqiqatçılar tərəfindən müxtəlif illərdə Qarabağ ərazisindən toplanmış və herbaridə (BAK) saxlanılan göbələyəbənzər orqanizmlərin Oomycota şöbəsinə aid nümunələrinin, habelə müvafiq ədəbiyyat məlumatlarının tədqiqinə əsaslanır. Nümunələr təftiş edilib, göbələklərin taksonomik strukturu, sahib bitkiləri araşdırılıb. Tədqiqat obyekti olaraq şöbənin Albuginaceae fəsiləsindən Albugo (Pers.) Roussel, Wilsoniana Thines və Peronosporaceae fəsiləsindən Bremia Regel, Hyaloperonospora Constant., Peronospora Corda, Plasmopara J. Schröt və Pustula Thines cinslərinə aid ümumilikdə 50 növ barədə məlumat verilir. Bu göbələklər 15 sıra, 22 fəsilə, 48 cinsə aid 58 bitki növü üzərində aşkar edilmişdir. Bu bitkilər 27 birillik, 20 çoxillik, dörd (Alyssium alyssoides L., Lactuca seriola L., Melilotus officinalis (L.) Desrş, Trifolium alpestre L.) bir və ya ikiillik, bir (Brassica oleracea L.), bir və ya çoxillik, üç (Barbarea vulgaris subsp. arcuata (Opiz ex J. Presl & C.Presl.) Čelak., Conium maculatum L., Hyosciamus niger L.), ikiillik, bir lian (Vitis vinifera L.) və iki kolcuqdan (Artemisia gmelini Weber ex Stechm., Capparus spinosa L.) ibarətdir. Qeyd edək ki, bu qrupa aid göbələk növləri patogen olub, yabanı bitkilərlə yanaşı bir sıra mədəni bitkilərin xəstəlik törədiciləridir.