ARXİV - №1, 2020

№1, 2020

PRIMULA WORONOWII LOSINSK.NÖVÜNÜN XIZI RAYONUNDA SENOPOPULYASİYALARININ TƏDQİQİ

Xülasə

Primula woronowii növünün faydalı xüsusiyyətləri nəzərə alınaraq, gələcəkdə xammal mənbəyi kimi istifadə olunması potensialının müəyyən edilməsi üçün, onun Xızı rayonundakı< populyasiyasının vəziyyətinin ilkin qiymətləndirilməsi məqsədi ilə, növün 2 senopopulyasiyası öyrənilmişdir. Bu çərçivədə senopopulyasiyaların ontogenetik vəziyyəti və demoqrafik struk- turu, eləcə də öyrənilən növün morfometrik parametirləri tədqiq olunmuş, ümumiləşdirilmiş və qiymətləndirilmişdir. Senopopulyasiyaların hər ikisi də keçid tipli və natamamdır. Tədqiq olunan senopopulyasiyalarda cavan və orta yaşlı generativ fərdlər üstünlük təşkil edir (41.89-42.34%). Hər iki senopopulyasiyada fərdlərin yarpaqlarında və ləçək ölçülərində bir o qədər də böyük fərq müşahidə olunmamışdır. Beləliklə, müəyyən edilmişdir ki, öyrənilən senopopulyasiyalar inkişaf etməkdədir və yaxşı ümidverən perspektivlərə malikdir. Ona görə də Primula woronowii növünün Xızı rayonundakı populyasiyasının vəziyyətinin öyrənilməsi və qiymətləndirilməsi da- vam olunmalı, onun xammal mənbəyi kimi bioloji və istismar ehtiyatlarının müəyyənləşdirilməsi üçün tədqiqatların genişləndirilməsi tövsiyə olunur.

Açar sözlər

beyrekkerimli1994@gmail.com
📄 Məqaləyə baxın 👁 214

Ədəbiyyat