№1, 2025
MASALLI RAYONUNUN LİXENOFLORASI
Xülasə
2024-cü ildə Azərbaycanın cənub-şərq hissəsində tədqiqat işi aparılmışdır. Ədəbiyyat məlumatları nəzərə alınmaqla tədqiqat materialların təhlili nəticəsində Masallı rayonun lixenoflorası üçün 1 şöbə, 5 sinif, 14 sıra, 23 fəsilə, 41 cinsə aid 68 növ müəyyən edilmişdir. Bunlardan 5 fəsilə: Candelariaceae, Lecanoraceae, Megasporaceae, Parmeliaceae, Physciaceae; 8 cinsə aid 8 növ: Candelaria concolor (Dicks.) Stein ap. Kohn., Cetrelia olivetorum (Nyl.) Culb. et C. Culb., Circinaria coronata (A. Massal.) Wirth, Hauck et M. Schultz ex Paukov et Alverdiyeva, Flavopunctelia soredica (Nyl.) Hale, Lecidella euphorea (Floerke), Parmelia sulcata Taylor, Physcia dubia (Hoffm.) Lett., Physconia grisea (Lam.) Poelt öyrənilən ərazi üçün, Circinaria coronata (A. Massal.) Wirth, Hauck et M. Schultz ex Paukov et Alverdiyeva və Flavopunctelia soredica (Nyl.) Hale isə Azərbaycan üçün yeni olduğu aşkar edilmişdir. Həmçinin nomenklatur dəyişiklikləri nəzərə alaraq lixenofloranın taksonomik tərkibi dəqiqləşdirilmiş iki yeni fəsilə: Megasporaceae, Vahliellaceae və səkkiz cins: Alyxoria, Flavoparmelia, Flavopunctelia, Parmotrema, Xanthoparmelia, Scytinium, Vahliella, Circinaria müəyyən edilmişdir.