ARXİV - №1, 2025

№1, 2025

Azərbaycan florasının yeni botaniki-coğrafi rayonlaşdırılması

Xülasə

Məqalədə Azərbaycanın yeni botaniki-coğrafi rayonlaşma sxemi təqdim edilir. Flora və bitkilik baxımından, eləcə də ərazilərin ekocoğrafi xüsusiyyətləri nəzərə alınaraq əvvəlki sxemdə verilmiş 20 botaniki-coğrafi rayon daha iri və milli adlarla 11 rayonla eyniləşdirilmişdir. Floristik və geobotaniki rayonlaşmadan fərqli olaraq tədqim olunan botaniki-coğrafi rayonlaşma ərazinin təbii sərhədləri, florası, xüsusən endemik və aborogen növlərin yayılması əsasasında tərtib edilmişdir. Bitkilərin qurşaqlar üzrə müqayisə edilən taksonomik tərkibinin oxşarlıq dərəcəsi çox yaxın olan ərazilər birləşdirilsə də, Azərbaycanın yeni tərtib edilən botanikicoğrafi rayonlaşdırılması floristik və ya botaniki-coğrafi vilayətləri və ya rayonları müəyyən etməyə iddia etmir, əksinə bitkilərin yayılmasını göstərmək üçün əlverişli olan təbii-tarixi regionların mərhələli sxemini təmsil edir. Bütün bunlar nəzərə alınaraq yeni rayonlaşma sxemində botaniki-coğrafi rayonlar təsnif edilmiş və xəritələndirilmişdir (ArcCİS Pro 3.3.).

Açar sözlər

Azərbaycan, flora, botaniki-coğrafi rayonlaşdırma, aborigen, endemik növlər
📄 Məqaləyə baxın 👁 195

Ədəbiyyat