№2, 2024
LEPIDIUM L. CİNSİ NÖVLƏRİNİN TAKSONOMİK TƏRKİBİ, EKOLOJİ VƏ KİMYƏVİ XARAKTERİSTİKASI
Xülasə
Lepidium L. cinsi nümayəndələrinin Azərbaycan florasında sinonimikası, nomenklaturası, eləcə də ekoloji mühiti və coğrafi yayılması haqqında məlumatlar dəqiqləşdirilmişdir. Abşeron, Şamaxı rayonu və Naxçıvan MR-də aparılan çöl tədqiqatları zamanı Lepidium cinsi növlərinin yayıldığı ərazilərin bitki örtüyünün təhlili, fitosenoloji qiymətləndirməsi aparılmışdır. Məlum olmuşdur ki, həyat formasına görə Lepidium propinquum, L. Boissieri, L. campestre, L. crassifolium, L. persicum, L. draba, L. lyratum və L. latifolium çoxillik, L. sativum, L. aucheri, L. vesicarium, L. perfoliatum, L. ruderale, L. pinnatifidum isə birillik ot bitkisidir. Bozalaq cinsinə aid olan növlər Azərbaycanın florasında müxtəlif hündürlük zonalarında və ekoloji şəraitdə yayılmışdır. C. Raunkiyerə görə həyat formaları təhlil edilərkən müəyyən edilmişdir ki, növlərin əksəriyyəti hemikriptofitdir (8 növ, 57%). Terofitlərin payı isə 43% (6 növ) təşkil edir. Yüksək bolluğu ilə seçilən L. vesicarium və L. latifolium növlərinin yarpaqlarının flavonoid tərkibi öyrənilmişdir. Hər iki növün yarpağlarından alınan çıxarışların flavonoid cəmində 3 flavonoid: kversetin, kempferol, rutin aşkar edilmişdir.