ARXİV - №2, 2024

№2, 2024

QARABAĞın aran ƏRAZİSİNDƏ YAYILAN PAXLALILARIN ETNOBOTANİKİ TƏHLİLİ

Xülasə

Tədqiqat işi 2023-2024-cü illərdə Qarabağın aran ərazisində aparılmışdır. Bitkilərin etnik istifadəsi haqqında məlumatlar tədqiqat ərazisində yaşayan yaşı 40 və yuxarı olan, 65 yerli sakindən götürülmüşdür. Müəyyən edilmişdir ki, ərazidə yayılmış 1300 növdən 142-si paxlalılara aiddir. Ərazi florasında fəsilənin Astragalus (38 növ), Trifolium (25 növ) və Vicia (16 növ) cinsləri geniş yayılmışdır. Onlardan 114 növ yem, 18 növ dekorativ, 15 növ dərman, 8 növ bal verən, 3 növ efir yağlı, 1 növ boyaq, 1 növ sənaye, 1 növ həm qida, həm də dərman əhəmiyyətli bitkilərdir. Paxlalılardan 12 növün etnik istifadəsi haqqında məlumatlar toplanmış, istinadların sayına görə istifadə dəyəri və etibarlılıq dərəcəsi qiymətləndirilmişdir. Məlum olmuşdur ki, Melilotus officinalis (0.70), Trifolium repens L. və T. pratense L. (hər ikisində 0.61) növlərində istifadə dəyəri əldə olunmuş istinadların sayına görə ən yüksəkdir, Glycyrrhizа glаbrа L. (91.06%) və Coronilla varia L. (98.37%) növlərinin isə bəzi xəstəliklərdə etibarlılıq dərəcəsi daha çox olmuşdur.

Açar sözlər

etnik bitkilər, dərman bitkiləri, istifadə dəyəri və konsensus faktoru
📄 Məqaləyə baxın 👁 103

Ədəbiyyat