ARXİV - №2, 2024

№2, 2024

TALIŞ FLORASINDA YAYILAN ARMUD (PYRUS L.) CİNSİNİN BƏZİ NÖVLƏRİNİN ÇOXALDILMASI VƏ CÜCƏRTİLƏRİNİN MORFOLOJİ XÜSUSİYYƏTLƏRİ

Xülasə

Məqalədə Abşeron şəraitində introduksiya edilmiş Pyrus grossheimii Fed., P. boissieriana Buhse növlərinin toxumla çoxaldılması və morfoloji xüsusiyyətlərinin öyrənilməsindən bəhs edilir. Müəyyən olunmuşdur ki, öyrənilən armud növlərinin optimal səpin müddəti payiz (oktyabr-noyabr) aylarıdır. Növdən asılı olaraq toxumlar payiz aylarinda 0.50 C soyuq şəraitində 120 gün ərzində stratifikasiya edilkdə cücərmə qabiliyyəti 60- 75 % olur. Hipokotilin növdən asılı olaraq uzunlugu 11-12 mm, eni isə 1,2 və 1,5 mm təşkil edir. Növdən asılı olaraq ləpə yarpaqlarının eni 0,2-0,4 sm, uzunluğu isə 0,6-0,9 sm-dir. İlk yarpağın eni 0,4-0,7 sm, uzunluğu isə 0,7- 0,9 sm-dir. Kök boğazının diametri 0,1- 0,2 sm, əsas kökün uzunluğu isə 3,0-4,0 sm təşkil edir. Öyrənilən növlərdə cücərtilər əmələ gəldikdən 5-9 gün sonra ilk yarpaqlar, 10-15 gündən sonra II yarpaqlar, 16-28 gün sonra III yarpaqlar, 19-28 gün sonra IV yarpaqlar, 25-30 gündən sonra isə V yarpaqlar əmələ gəlir. Vegetasiyanın sonunda Qrossqeym armud növünün birililk cücərtilərinin boyu 13 sm, nisbətən kiçik boy Buasseye armud növündə 7 sm müşahidə edilmişdir. Aparılan tədqiqatların nəticələrinə əsasən öyrənilən növlərin reintroduksiyası və Abşeronda perspektivli yaşillaşdırma assortimenti və meyvə bitkisi kimi becərilməsi tövsiyə edilmişdir.

Açar sözlər

armud, intoruduksiya, toxumla çoxalma, morfoloji xüsusiyyətlər
📄 Məqaləyə baxın 👁 107

Ədəbiyyat