ARXİV - №2, 2024

№2, 2024

ABŞERONA İNTRODUKSİYA OLUNMUŞ RHAMNUS CATHARTICA L. NÖVÜNÜN İNKİŞAF BİOLOGİYASI

Xülasə

Məqalədə Rhamnaceae fəsiləsindən olan Rhamnus cathartica L. növünün Mərkəzi Nəbatat Bağının təcrübə koleksiyasında introduksiyası ilə bağlı uzun illər aparılan tədqiqatların nəticələri verilmişdir. Növün toxumla çoxaldılması, illik inkişaf dövründə yuvenil bitkilərin morfogenezi və bioekoloji xüsusiyyətləri, böyümə və inkişaf ritmi, reproduktivlik qabiliyyəti, dekorativliyin saxlanma müddəti və yaşıllaşdırma işləri üçün növün yararlığı öyrənilmişdir. Tədqiqat dövründə R. cathartica bitkisinin biomorfologiyasının və ilkin inkişaf biologiyasının öyrənilməsi zamanı təcrübə sahəsində növün böyümə və inkişaf xüsusiyyətinin tədqiqi yeni şəraitdə növün adaptasiya imkanlarının müəyyənləşdirilməsi, toxum və vegetativ çoxaltma xüsusiyyətlərinin öyrənilməsi, aqrotexnikasının işlənilməsi, kultura şəraitində növün perespektivliyinin qiymətləndirilməsi aparılmışdır. Aparılan tədqiqatın nəticələrinə əsasən növün parkların yaşıllaşdırmasında istifadə perespektivliyi qiymətləndirilmişdir.

Açar sözlər

İshal murdarça, introduksiya, yaşıllaşdırma, cücərti, morfogenez
📄 Məqaləyə baxın 👁 107

Ədəbiyyat