ARXİV - №2, 2024

№2, 2024

CİRSİUM Mill. CİNSİNİN QARABAĞDA YAYILAN NÖVLƏRİ

Xülasə

Məqalədə Cirsium cinsinin Qarabağda yayılan növləri araşdırılmış, arealları dəqiqləşdirilmiş, nomenklatur dəyişikliklər qeyd edilmiş, növlərin CİS xəritəsi tərtib edilmişdir. Cirsium cinsi tərəfimizdən Qarabağ florasının yeni nəşri üçün işlənilmişdir. Ədəbiyyat materialları və son illərdə təşkil edilən ekspedisiyalar zamanı toplanılan herbari və monitorinq məlumatları əsasında Qarabağda bu cinsin 9 növ və 1 yarımnövünün yayılması müəyyən edilmişdir: C.vulgare, C.kosmelii, C.echinus, C. canum, C. elodes, C. subinerme, C. rhizocephalum, C.obvallatum, C. arvense, C. arvense var. vestitum. Məqalədə cinsin və növlərin təsviri, nomenklatur tipləri, bazionimi, sinonimləri, Qarabağda yayılması və coğrafi tipi haqqında məlumat verilir.

Açar sözlər

Qarabağ, Cirsium, Asteraceae, cins, taksonomiya
📄 Məqaləyə baxın 👁 114

Ədəbiyyat