ARXİV - №2, 2024

№2, 2024

CROCUS ADAMII J.GAY (IRIDACEAE) NÖVÜNÜN YENİ YAYILMA ƏRAZİSİ (AZƏRBAYCAN, NAXÇIVAN MR)

Xülasə

Məqalədə Naxçıvan Muxtar Respublikası ərazisində (2019-2022–ci il) aparılan tədqiqatlar nəticəsində Crocus adamii (Iridaceae) növünün aşkar edimiş yeni yayılma ərasisi, bioekologiyası, fitosenologiyası, faydalı xüsussiyyətləri və mühafizə tədbirləri haqqında məlumat verilir. Crocus L.- Zəfəran cinsinin Avropada, Aralıq dənizi ölkələrində, Ön və Mərkəzi Asiyada yayılmış 75 növündən Qafqazda 12, Azərbaycanda 6 növü vardır. Naxçıvan Muxtar Respublikası ərazisində 4 növünə rast gəlinir ki, onlardan da bir növü becərilir. Mühafizə olunması üçün xüsusi tədbir aparılmır. Antropogеn təsiri azaltmaq məqsədilə yayılma yеrlərində fərdi qorunmasının təşkili, yеni yayılma yеrlərini axtarılması vacibdir. Crocus adamii növünün yayıldığı ərazilərdə populyasiyaları, çox azdır. Həmçinin rastgəlinən populyasiyalarda fərdlərin də sayı çox azdır. Bu baxımdan nadir növ kimi (VU B1ab (i,iii) Azərbayca Respublikasın yeni nəşr olunan “Qırmızı” kitabına (2023) daxil edimişdir.

Açar sözlər

İridaceae, zəfəran, flora, fitosenologiya, Zəngəzur Milli Parkı, Qırmızı kitab
📄 Məqaləyə baxın 👁 104

Ədəbiyyat