ARXİV - №2, 2024

№2, 2024

MÜRGƏKOTU (EPIPACTIS ZİNN., ORCHIDACEAE JUSS.) AZƏRBAYCAN FLORASINDA

Xülasə

Məqalədə Azərbaycanda yayılan Səhləbkimilər (Orchidaceae Juss.) fəsiləsinin Mürgəkotu (Epipactis Zinn.) cinsinə aid növlərin sistematik təhlili verilir. Səhləbkimilər fəsiləsi, o cümlədən, Mürgəkotu cinsi tərəfimizdən “Azərbaycan Florası” çoxcildliyinin yeni nəşri üçün işlənilmişdir. Cinsin sistematik işlənilməsində hazırda nəşr ounan “ Rəsimli Türkiyə Florası” çoxcildliyində qəbul edilən qaydalar əsas götürülmüşür. Ədəbiyyat, fond materialları və son illərdə təşkil edilən ekspedisiyalar zamanı toplanılan herbari və monitorinq məlumatları əsasında Azərbaycanda bu cinsin 8 növün yayılması müəyyən edilmişdir: E.palustris, E.veratrifolia, E.helleborine, E.atrorubens, E.persica, E.microphylla, E. turcica, E. rechingeri. Məqalədə cinsin təsviri və növlərin təyinedici açarı, prioritet adı, taksonların nomenklatur tipləri, bazionimi, sinonimləri, çiçəkləmə və meyvə verməsi vaxtı, bitmə şəraiti, Azərbaycanda yayılması və coğrafi tipi haqqında məlumatlar verilir.

Açar sözlər

Azərbaycan, Səhləbkimilər, mürgəkotu, sistematika, cins
📄 Məqaləyə baxın 👁 106

Ədəbiyyat