№1, 2020
Azərbaycan Respublikasının dağlıq Quba massivində yerləşən yağlı bitkilərin gövdə və yarpaqlarının morfoloji xüsusiyyətləri
Xülasə
Məqalə Azərbaycan Respublikasının dağlıq Quba massivində yerləşən yağlı bitkilərinin gövdə və yarpaqlarının morfoloji xüsusiyyətlərini öyrənilməsi haqqındadır. İşdə yağlı bitkilərin xarici vegetativ orqanlarının morfoloji növlərinin müxtəlifliyi göstərilmişdir. Əlavə olaraq orqanların quruluşu və eləcədə bitkinin fərdi inkişafı zamanı (ontomorfogenez) ümumi quruluşda və fərdi orqanlarda (gövdə və yarpaqlarda) olan dəyişikliklər qeyd olunmuşdur. Dağlıq Quba massivinin yağlı bitkilərinin əsas və xarakterik təsnifat xüsusiyyətləri öyrənilmişdir. Yağlı bitkilərin gövdə və yarpaqlarının əsas xarakteristikalarını əhatə edən statistika təqdim edilmişdir. Müxtəlif yağlı bitki növlərinin fərdi xüsusiyyətləri qeydə alınmışdır. Yağlı bitkilərin ontomorfogenezinin və morfologiyasının öyrənilməsi həm faydalı bitkilərinin səmərəli istifadəsi üçün metod və tövsiyələrin hazırlanmasında zəruridir.